Nazarbayev: `Azərbaycanla münasibətlərə əhəmiyyət veririk`
18:18 25 May 2016
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikasının böyük bayramı – Respublika günü münasibətilə təbriklərini çatdıran N. Nazarbayev Qazaxıstanın qardaş Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
" İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.
Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm", - deyə Qazaxıstan lideri məktubunda qeyd edib.
Çili prezidenti Mişel Baçelet və İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi də Respublika günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər.
Femida.az
Oxunub: 2269
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək